İspaniya La Liqasının XIV turunun matçında "Barselona" "Valensiya" ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, görüş Barselonanın "Nou Kamp" stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.
Hesabı 29-cu dəqiqədə "Valensiya" açıb - müdafiəçi Muktar Dyakabi fərqlənib. Birinci hissənin sonunda "Barselona" Lionel Messinin qolu ilə hesabı bərabərləşdirib.
Qarşılaşmanın 52-ci dəqiqəsində kataloniyalılarının müdafiəçisi Ronald Arauxo komandasını hesabda irəli çıxarıb, lakin 69-cu dəqiqədə qonaqların hücumçusu Maksi Qomes hesabı bərabərləşdirib.
"Barselona" 21 xal toplayaraq İspaniya Premyer Liqasının yarış cədvəlində beşinci sırada qərarlaşıb. Aktivində 15 xalı olan "Valensiya" 12-ci sırada mövqe tutub.