Türkiyə Super Liqasında XIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Fənərbağça” bu gecə "Qaziantep"in qonağı olub və 1:3 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində Amedey Vetri, Aleksandru Maksim (penalti) və Kenan Özer fərqlənib. "Fənərbağça"nın qoluna isə Dimitrios Pelkas imza atıb.
Qeyd edək ki, "Fənərbağça" 13 turdan sonra 23 xalla 3-cü, "Qaziantep" 12 oyundan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb.