"Barselona"nın prezidenti postuna namizədlərdən olan Xordi Farre Lionel Messini komandada saxlamaqla yanaşı, PSJ-yə satılan Neymarı da geri qaytaracağını bildirib.
Fanat.Az xəbər verir ki, Farrenin söylədiklərini "Mundo Deportivo" belə çatdırıb:
"Neymarın dönüşünə hamı şad olar. Ancaq ilk növbədə o, tələblərini azaltmalı və camiədən üzr istəməlidir. Biz hamımız səhvlərə yol veririk. Biz onun yaxınları ilə danışmışıq, evə dönməyə hazır olduğunu bilirik. Kim dünyanın üç ən yaxşı futbolçusundan birini istəməz ki? Onu 40-45 milyon avro qarşılığında transfer etmək variantı da var. Messi və Neymar gələn il "Barselona"da oynayacaqlar. Əminəm ki, Leo heç yerə getmək istəmir. Messi qalmaq və "Barselona"ya yeni titullar qazandıracaq uğurlu layihələr görmək istəyir. Argentinalı ulduzla hər il müqavilə yeniləmək, Messi və "Barsa" əməkdaşlığını yeni brendə çevirmək niyyətindəyəm. Leo gələcəkdə fəxri prezident postunu da tuta bilər".
Fanat.Az