"Bayer”də çıxış edən Lars və Sven Bender qardaşları mövsümün sonunda karyeralarını bitirəcəklər.
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 31 yaşlı əkizlərin klubla müddəti yayda bitəcək müqavilələrini yeniləməyəcəkləri və futboldan gedəcəkləri bildirilib.
Bu mövsüm 16 oyuna çıxan Lars 2009-cu ildən "Bayer”in formasını geyinirsə, Sven Leverkuzen təmsilçisində dördüncü mövsümünü keçirir. Benderlər "1860 Münhen” klubunun yetirməsidir. Lars Almaniya yığmasında 19, Sven isə 7 oyuna çıxıb.
Fanat.Az