"Barselona”nın mövsümün sonunda heyətinə cəlb edəcəyi ilk futbolçu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Kataloniya klunu "Mançester Siti”də çıxış edən yetirməsi Erik Qarsiyani geri qaytarır. "Şəhərlilər”lə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan 19 yaşlı mərkəz müdafiəçisi qış fasiləsində komandanı tərk etməyəcək. Onun transferi üçün 17 milyon avroluq tələbi qəbul etməyən kataloniyalılar yayda Qarsiyaya pulsuz sahib çıxacaq.
İspaniya millisinin üzvü artıq "Barselona" ilə ilkin müqavilə də imzalayıb. Futbolçu sevimli komandası ilə 5 illik sazişə qol çəkəcək.
Qeyd edək ki, Erik Qarsiya 2008-2017-ci illərdə "Barselona"da çıxış edib. 19 yaşlı mərkəz müdafiəçisi 2018-ci ildə 1.7 milyon avroya "Mançester Siti”yə keçib. O, cari mövsümdə komandanın əsas heyətində 7 oyuna çıxıb.