İngiltərə Premyer Liqasında XV tura start verilib.
Fanat.Az xəbər verir ki, turun mərkəzi görüşü Londonda keçirilib. Uğursuz mövsüm keçirən "Arsenal” doğma meydanda əzəli rəqibi "Çelsi” ilə üz-üzə gəlib.
London derbisində "topçular” qələbəyə sevinib - 3:1. "Arsenal"ın qollarına Aleksandr Lakazette (penalti), Qranit Caka və Bukayo Saka imza atıb. "Çelsi"nin təsəlli qolunu isə Tammi Abraham vurub.