Belçikada maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, "Antverpen" klubunun futbolçusu Didye Lamkel Ze komandasının məşqinə "Anderlext"in formasında gəlib.
Kamerunlu hücumçunu çempionatdakı əsas rəqiblərinin formasında görən bazanın əməkdaşları onu içəri buraxmayıblar. 24 yaşlı forvard qapını açmaq cəhdləri nəticəsiz qalıb.
İddiaya görə, Yunanıstan "Olimpiakos"una transfer olmaq istəyən futbolçu kluba təzyiq etmək və keçidi sürətləndirmək üçün bu addımı atıb.
Qeyd edək ki, Didye Lamkel Ze 2018-ci ildən "Antverpen"də çıxış edir. Onun komandası 19 turdan sonra 31 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 32 xalla "Anderlext" başçılıq edir.