Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının sabiq qapıçısı Eldar Tağızadə Fransanın "Klermon" klubuna transfer olunub.
Fanat.Az xəbər verir ki, 18 yaşlı qolkiper yeni komandası ilə 2024-cü ilədək müqavilə imzalayıb.
Tağızadə 1 ilə yaxındı Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. Müqavilə bağlamaqla o, "Klermon"un ikinci və U-19 komandasında forma geyinmə fürsəti qazanıb.
Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda "Neftçi"nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada "Fundacion Marcet" futbol akademiyasında oynayıb.