19:41 07.01.2021 2834

Elxan Məmmədovdan Vətən müharibəsi qazisinə hörmətsizlik

Vətən müharibəsində yaralanmış"Neftçi"nin, "İnter"in və Gürcüstan millisinin keçmiş məşqçisi Ağakişi Mehdizadə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova futbola qayıtmasına icazə verməsi xahişi ilə müraciət edib.

Fanat.Az xəbər verir ki, bu barədə "Neftçi"nin mətbuat xidmətinin sabiq rəhbəri Anar Şabanoğlu məlumat yayıb:

"Vətən müharibəsində yaralanmış "Neftçi"nin, "İnter"in və Gürcüstan milli komandasının keçmiş məşqçisi Ağakişi Mehdizadə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova futbola qayıtmasına icazə verməsi xahişi ilə müraciət edib. Amma Elxan müəllim Vətən üçün canını verən igidimizə, Azərbaycandan kənarda,  özü də milli komandada işləmək səviyyəsinə yüksəlmiş bəlkə də yeganə azərbaycanlı futbol mütəxəssisinə sevdiyi və ən yaxşı bacardığı işə qayıtmağa icazə vermir. 

Elxan Məmmədovun rəhbərlik etdiyi federasiya 4 ildir ki, Ağakişinin futbolla məşğul olmasına ömürlük qadağa qoyub. Respublika Prokurorluğu AFFA-nın müraciəti əsasında Ağakişinin futboldan qovulması məsələsini araşdırıb və gənc məşqçidə heç bir günah tapmadığı üçün hələ 2018-ci ildə işə xitam verib. 

Amma Elxan Məmmədov Azərbaycan futbolundakı ən savadlı mütəxəssislərdən birini, gənc kadrı, Qarabağ qazisini əfv etmək istəmir.

Qazinin hazırda durumu yaxşı deyil. İpotekada olan evinin ödənişini edə bilmir. Himayəsində ailəsi, azyaşlı uşağı var. Evdə işləyən yoxdu. Çətin vəziyyətdə olan Ağakişi Mehdizadə AFFA-ya dəfələrlə geniş məktublar yazsa da, cavabında ona eyni mətn göndərilir. 

Azərbaycan futbolunu "ölkədə ən şəffaf və yüksək sürətlə inkişaf edən sahəyə çevirən" Elxan Məmmədov isə eyni məzmunlu cavablar göndərməklə yanaşı Ağakişi Mehdizadəni qəbul edib dərdini dinləmək də istəmir. 

Çıxılmaz vəziyyətdə qalan qazi bir neçə gün əvvəl onu "Xocavəndin azad olunması medalı" ilə təltif edən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə müraciət etməyi düşünür. 

Ağakişi mənimlə söhbətində ictimaiyyətə onun futboldan ömürlük uzaqlaşdırılması ilə nəticələn "Neftçi" - "Keşlə" oyunu haqda bütün detalları açıqlayacağını və bundan sonra onun AFFA-nın verdiyi cəzaya layiq olub-olmamasına xalqın da qiymət verməsini istədiyini dedi.

Sonda bir daha qeyd edim ki, hələ 2018-ci ildə Respublika Prokurorluğu bu işə xitam verib..."
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X