Fransanın "Bastiya" komandasının sabiq futbolçusu Kristofer Mabulu dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ötən gün dostları ilə futbol oynayarkən qəflətən ürəyi dayanıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, peşəkar karyerasına Fransanın "Şatoru" komandasında başlamış Konqo əsilli oyunçu "Nansi" və "Evian" klublarının formasını geyinib. O həmçinin Yunanıstan təmsilçisi "PAS Yannina"da da çıxış edib.
Fanat.Az