19:42 14.01.2021 1210

Rəşad Sadıqov: "Məni yetişdirən adam köməkçim ola bilməz"

 
"Təlim-məşq toplanışını son yoxlama görüşü ilə tamamladıq. Ümumilikdə hər şeydən razıyam”.

Bunu "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ”la keçirilən yoxlama oyunundan sonra deyib.

39 yaşlı mütəxəssis 3:3 hesabı ilə başa çatan görüşdən sonra transfer planları barədə məlumat verib. O, heyətə iki yeni oyunçu qatmaq fikrində olduqlarını bildirib: "Seleksiya məsələlərində işlər istədiyim kimi getmir. Transfer dönəmində belə hallar olur. Bəzən istədiyin vaxt keçid alınmaya bilər. İstədiyimiz futbolçularla danışıq müsbət yekunlaşsa, yaxın günlərdə komandaya dəvət etməyi fikirləşirik. Həmin futbolçuların maddiyatına da önəm veririk. Məsələn, iki oyunçu gətirsək, sonra baxacağıq ki, üçüncüyə imkanımız çatır, ya yox. Bu gün üçün iki transfer düşünürəm. Əsasən mərkəz yarımmüdafiəçisinə ehtiyacımız var. Ön xətti də gücləndirmək istəyirik. Hazırda hücumda 4-5 oyunçumuz var. Çempionatda 15 matçımız olacaq, həmçinin ölkə kubokunda mübarizə aparacağıq. Bu səbəbdən rəqabətə ehtiyacımız var. İlk yarıda heyət kasadlığından çox əziyyət çəkdik”.

Sadıqov yenicə köməkçi məşqçi təyin olunan Vaqif Paşayevlə bağlı fikirlərini də bölüşüb: "Buraya gəldiyim ilk gündən Vaqif Paşayevi gətirmək planımda var idi. Peşəkar məşqçiliyə başlayandan Vaqif müəllimlə bir yerdə olmaq planımda olub. Formal olaraq köməkçi məşqçi olacaq. Amma məni yetişdirən adam köməkçim ola bilməz. Bunu yaraşdırmaram. Mən ona köməkçi məşqçi olaram. Məşqçi heyətimizin ağsaqqalı, məsləhətçisi kimi ona ehtiyacımız var. Sağ olsun, razılaşdı”.

Baş məşqçi "Benfika”ya yollanması yubanan gənc futbolçu Cəlal Hüseynovla bağlı problemlə üzləşdiklərini vurğulayıb: "İki klub arasındakı razılaşmaya əsasən, Cəlal Hüseynov yanvarın 3-dən 16-dək "Benfika”nın toplanışında olmalı idi. Amma viza problemi ortaya çıxdı. Belə problemlə qarşılaşacağımızı düşünmürdük. Hətta "Benfika” rəhbərliyi də səfirliyə bununla bağlı müraciət etdi. Artıq yeni müddət təyin olunur. Dünən iki klub arasında danışıq oldu. Orada koronavirusa yoluxma sayı çoxalıb. Ola bilsin ki, sərtləşdirilmiş karantin elan eləsinlər və hava limanını bağlasınlar. Bu səbəbdən elə vaxt müəyyənləşdirmək istəyirik ki, uyğun olsun. İstənilən halda futbolçu nəzarətdə saxlanılır. Onunla bağlı bizdən materiallar istənilir. "Benfika” ilə sıx əlaqədəyik. Cəlala görə bu keçidin baş tutmasını çox istəyərdim. O, bizim üçün çox önəmli oyunçudu, matçlarda iştirak edir, əsas heyətə doğru yaxınlaşır. Gələn il artıq limitdə onu əsas heyət üzvü kimi oynatmağı düşünürdüm. Amma belə bir gedişin qarşısını ala bilmərəm. Əksinə, hər cür şərait yaratmağa çalışıram. Cəlalla hərtərəfli söhbətlər aparırıq, psixoloji cəhətdən də hazırlamağa çalışırıq ki, orada çətinliklə üzləşməsin. Gedişi Azərbaycan futbolu üçün yaxşı olar”.

Sadıqov müdafiəçinin keçidinin baş tutacağı halda, "Zirə”nin maliyyə qazancı götürəcəyini deyib: "Benfika” kimi böyük klublarda iki cür seleksiya olur. Biri var bu gün üçün nəzərdə tutulan transfer, biri də var gələcək üçün planlaşdırılan. Onlar da Cəlalı nə üçün transfer etdiklərini bilirlər. Bizə aydındı ki, bu, gələcəyə yönələn addımdı. İnşallah, ona veriləcək şansdan istifadə edər. Əsas odu ki, ilk baxışdan keçə bilsin. İki komanda arasında müqavilənin şərtləri var. Cəlal baxışdan uğurlu keçsə və transfer baş tutsa, "Zirə” də gəlir əldə edəcək”.(report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da -RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X