2021-ci il mini-futbol üzrə Moldova çempionatının aşağı divizionunda yarışan "Qarabağ” üçün uğurlu başlayıb.
Fanat.Az xəbər verir ki, komanda soyuq havada keçirilən oyunda "Smile Dent"ə 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qarabağ” Moldovada yaşayan azərbaycanlıların komandası kimi keçən il Kişinyovda yaradılıb. Klubun təsisçisi, həmçinin oynayan məşqçisi Ramil Adıgözəlovdur.
Fanat.Az