Azərbaycan Kubokunda 1/8 final mərhələsinin 3 görüşünə hakim təyinatları açıqlanıb.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:
25 yanvar
"Turan Tovuz” – "Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu, 14:00
"Qaradağ Lökbatan” – "Zirə”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
"Dalğa Arena”, 16:00
"Sabah” – "Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
"Bank Respublika Arena”, 17:00