Bu gün futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq.
Afinadakı Daiss İdman Sarayında oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, qrupun digər qarşılaşmasında Slovakiya seçməsi Moldovanı qəbul edəcək.
Avropa çempionatı
Seçmə mərhələ, 3-cü qrup
20:00. Yunanıstan - Azərbaycan
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland)
Afina, "Daiss" İdman Sarayı.
Xal durumu: Azərbaycan - 3, Moldova - 3, Yunanıstan - 0, Slovakiya - 0.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Hazırda Moldova ilə eyni xala (3) malik yığma top fərqinə görə birinci pillədə qərarlaşıb.
Fanat.Az