16:43 09.04.2021 920

Millimizin qapıçısından etiraz: "Bu söhbət artıq bağlanmalıdır"

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli milliləşdirmə ilə bağlı fikirlərə etiraz edib.
 
Fanat.Az xəbər verir ki, 30 yaşlı qolkiper bu barədə şəxsi "facebook" hesabında yazıb. 
 
O, bildirib ki, hər sahənin öz çətinlikləri, qarşıya qoyulan məqsədləri və inkişaf forması var: "Son vaxtlar bu cür yanaşma və fikirləri çox görürəm. Nəyə görə futzalla futbolu müqayisə edirsiniz? Futzal tam fərqli idman növüdür.

Cüdo nəticə verməyəndə güləşi günahlandırmaq və ya qazanılan nəticəyə kölgə salmaq olar? Biz də hər idmançı kimi Azərbaycan adı və bayrağı altında ölkəni təmsil edirik".

Hüseynli yığmada braziliyalı legionerlərin oynamasına da toxunub: "Məncə, bu söhbət artıq bağlanmalıdır. Hər ölkədə və hər idman sahəsində milliləşdirilmiş legioner var. Futzal millisi məğlub olur, "Neynəyirik bu braziliyalıları? Yenə uduzdular" deyirlər. Yığma ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanır, "Braziliya millisidir, uduzardı, amma özümüzünkülər oynayardı" fikirləri səslənir. Oynayır, qardaş, özümüzünkü də oynayır. Bu tək mübarizə deyil ki, onlar nəticə qazansın biz qıraqdan alqışlayaq. Bu komanda oyunudur və nəticəni hamı birlikdə əldə edir".

Qapıçının sözlərinə görə, hücum xəttində braziliyalılar çıxış edirsə, müdafiədə yerli oyunçular öz işini görür: "Bunun səbəbini bilmək üçün yaxından maraqlanmağınız və futzaldan məlumatınızın olması lazımdır. Xəbərdar olmadığınız halda kiminsə haqqına girib çəkilən əziyyəti yerə vurmaq olmaz. Qazanılan nəticəyə, oyunçuların meydanda son nəfəsinə kimi canını qoymasına kölgə salmaq olmaz. 2-3 gün komanda daxilində olsanız, məşqdə alınan zədələrdən, sağlamlığa ziyan olacağını bilə-bilə vurulan iynə ilə oyuna çıxmaqdan, səfərlər zamanı keçirilən stresslərdən, oyunlara hazırlaşan zaman beyindəki fikirlər, əsəb, stress və gərginlikdən xəbəriniz olar. 5-ci mərtəbədən aşağı baxmağ çəkinən, maşını bir az bərk sürən kimi qorxan adam "kefdəsiniz, ölkələri gəzirsiniz" deyir. Bu qədər əziyyəti yerə vurmaq, Azərbaycan adı, bayrağı altında qazanılan nəticəyə kölgə salmaq nə dərəcədə düzgündür"?
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X