Türkiyə Super Liqasında XXIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, turun mərkəzi görüşündə "Fənərbağça" "Qalatasaray"ı qəbul edib. Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 54-cü dəqiqədə "Qalatasaray"ın yeni transferi Mustafa Məhəmməd imza atıb.
Bu qələbədən sonra "Fənərbağça" ilə xal hesabını bərabərləşdirən (48) "Qalatasaray" liderliyə yüksəlib. Bir oyun az keçirən "Beşiktaş" isə 45 xalla 3-cü yeri tutur.