"Qarabağ”dan ayrlılan Donald Gerye yeni klubla anlaşıb.
Fanat.Az xəbər verir ki, haitili futbolçu Kipr təmsilçisi "Apollon”a keçib.
Bu barədə məlumatı Limassol təmsilçisinin rəsmi saytı yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Koronavirus pandemiyası ilə əlaqədar futbolçunun hazırda karantində olduğu bildirilib.
Qeyd edək ki, ötən ilin yayından "Qarabağ"da çıxış edən Gerye ilə 2021-c-i ilin yanvar ayında müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.
Fanat.Az