Rusiyanın "Tambov" klubuyla olan müqaviləsini pozan Valeri Çuperka Azərbaycan Premyer Liqasında peyda ola bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, moldovalı yarımmüdafiəçi iki Azərbaycan təmsilçisinə təklif edilib. Onlardan birinin "Qəbələ" olduğu dəqiqdir.
28 yaşlı mərkəz müdafiəçisinin ölkəmizə gəlib-gəlməməsi təklif edildiyi klubların qərarından asılı olacaq.
2011-ci ildə Moldova millisində debüt edən futbolçu sonradan Rusiya vətəndaşlığı alaraq millidə oynamaqdan imtina edib.
Çuperka gənc yaşlarında ölkəsinin ən istedadlı oyunçularından sayılıb. Təsadüfi deyil ki, 20 yaşı olanda "Karsnodar" onunla 3,5 illik müqavilə bağlayaraq müxtəlif klublara icarəyə verib.
Fanat.Az