"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun Türkiyənin birinci liqa təmsilçisi "Bursaspor"la müqavilə bağlamaq üçün qardaş ölkəyə yollandığı deyilsə də, hücumçu hazırda Bakıdadır.
Bu haqda Fanat.Az-a klubun mətbuat xidmətindən məlumat verib. Ələsgərov komandanın bugünkü məşqində iştirak edib.
Qeyd edək ki, Namiq Ələsgərovun "Bursaspor"a keçidi gündəmdədir. Futbolçu şənbə günü "Neftçi"nin məşqinə qatılmamış, klub ona şifahi xəbərdarlıq etmişdi.
Mirağa