"Namik Ələskərov bu gün Bursaya gələcək. Onunla hər şeyi rəsmiləşdirəcəyik”
Fanat.Az xəbər verir ki, "Bursaspor”un vitse-prezidenti Emin Adanur futbolinfo.az-a açıqlamasında belə deyib.
Klub rəsmisi açıqlamasında "Neftçi”nin hücumçusuyla müqaviləni reallaşdıracaqlarını bildirib. O, Ələskərovun müqaviləsində sərbəst qalması üçün nəzərdə tutulan 50 min avronun artıq ödənildiyini deyib: "Namikin müqaviləsində nəzərdə tutulan 50 min avro (100 min manat) ödənilib. Artıq onunla rəsmi sözləşmə də imzalanıb. Bursaya gələcək və təqdimatı keçiriləcək”.
Adanur son günlər futbolçu ətrafında gəzən söz-söhbətlər, bursalıların kluba təklif göndərmədən oyunçuyla təmasa keçməsi və s. məsələlər barədə danışmaq istəməyib. O, hər şeyə təqdimatdan sonra aydınlıq gələcəyini bildirib.
Xatırladaq ki, Emin Adanur vitse-prezident olsa da, klubun əsas himayəçisi və idarəçisidi. "Bursaspor”un maliyyə problemlərini şəxsi vəsaiti hesabına məhz o həll edib.