Marek Hamşik Çinin "Dalyan İfan" klubundan ayrılır.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Nima Tavallaey Roodsari "Twitter"də yazıb. Jurnalist bildirib ki, 33 yaşlı yarımmüdafiəçi İsveçin "Göteborq" klubuna keçir.
Roodsari Hamşikin Göteborq hava limanından fotosunu dərc edərək, martın 9-da eyniadlı klubla müqavilə bağlayacağını yazıb.
Qeyd edək ki, Marek Hamşik "Dalyan İfan"da 45 oyuna 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, Çin klubuna 20 milyon avroya transfer olunmuşdu.