12:36 06.04.2021 890

Boyanka Kostova: "Avropada rəqibim yoxdur"

"Özümü yaxşı hiss edirəm. Çıxışımdan razıyam. İstəyimi həyata keçirərək yenidən çempion oldum".

Bu fikirləri "Report"a açıqlamasında Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qızıl medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova deyib.

59 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançının fikrincə, "köhnə qitə"də ona rəqib yoxdur: "Mənim rəqibim Çin Taybeyindən olan Hsinq-Çun Kuodur. Hazırkı Avropa çempionatında isə Rusiyanı təmsil edən Olqa Te normal ağırlıqqaldıran idi. Birinci yer uğrunda mübarizəni məhz onunla aparırdım".

Kostova pandemiya şəraitində hazırlaşmağın çətinlik törətdiyini, lakin bu problemlərə ciddi sinə gərdiklərini vurğulayıb. Artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandığını vurğulayan təcrübəli idmançı olimpiadaya da qızıl medal üçün yollanacağını bildirib: "Hazırda əsas hədəfim Tokiodur. Bu, olimpiadada son şansımdır. Mayın 10-da 28 yaşım olacaq. Hazırda idmançı üçün ən yaxşı yaş dövründəyəm. Zaman sürətlə keçir. Axı ailə qurmaq, övlad sahibi də olmaq lazımdır. 2024-cü il Paris olimpiadasında iştirak edəcəyimi düşünmürəm. Tokio olimpiadasında əlimdən gələn hər şeyi edəcəyəm. Azərbaycana qızıl medal gətirmək istəyirəm. Bunun üçün səylə, ikiqat qüvvə ilə çalışacağam".

4 qat Avropa çempionu bu il Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına qatılmasının mümkünlüyünü də diqqətə çatdırıb. Bununla belə, Kostova islam dinini qəbul etməyi düşünmədiyini deyib: "Mən xristianam və belə də qalacağam. Dini dəyişmək günahdır. Bununla belə, İslam Həmrəyliyi Oyunlarında iştirak edə bilərəm, çünki Azərbaycan yığmasının üzvüyəm".

Bolqarıstanlı legioner heç bir dopinq təxribatından qorxmadığını da vurğulayıb: "Yalnız müsbət düşünmək lazımdır. İnanıram ki, problem olmayacaq".

Sonda Kostova Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova, qadınlardan ibarət yığmanın baş məşqçisi Sərdar Həsənova, şəxsi məşqçisi Laçezar Kişkilova, Gənclər və İdman Nazirliyinə və ölkə rəhbərliyinə verdikləri dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

Facebookdan bizi izləməyi unutmayın.
X