Ağır atletika üzrə milli komandamız avqust ayında Avropa birinciliyində iştirak edəcək.
Bu barədə Fanat.Az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat katibi Kənan Məstəliyev məlumat verib.
Qurum rəsmisi saytımıza açıqlamasında bildirib ki, "Olimpiada ilə bağlı fasilə yarandığından yığma üzvləri öz klublarına və cəmiyyətlərinə buraxılıb. Ən yaxındakı yarış avqustun sonunda Avropa birinciliyidi. Bir müddətdən sonra bu yarışa hazırlığın başlanılması planlaşdırılır. Digər yarışlara isə vaxtı çatdıqca hazırlaşacağıq".
Röya