Bu yay "Neftçi" ilə olan müqaviləsinin müddəti başa çatacaq Səlahət Ağayev komandadakı durumundan razı deyil.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, əsas heyətdəki yerini itirən qolkiper daha yaxşı şərtlər qarşılığında yeni müqavilə imzalamaq istəyir.
Ötən yay sözügedən futbolçunun maaşının azaldılmasına nail olan "Neftçi" rəhbərliyi isə Səlahətə yüksək əməkhaqqı vermək niyyətində deyil. Bu mövsüm ümidləri doğrultmayan Ağayev yalnız az maaşa razılaşacağı təqdirdə, yeni sözləşməyə qol çəkə, ikinci qapıçı qismində Bakı komandaslnda qala bilər.
Bu isə o deməkdir ki, Səlahətin daha çox oynaya biləcəyi Azərbaycan təmsilçilərindən birinə üz tutmaq ehtimalı yüksəkdir. Hazırda onunla maraqlanan 2 Premyer Liqa təmsilçisi də var.
Atilla