20:55 24.06.2021 1802

"Neftçi"nin mənəvi borcu

Uzun fasilədən sonra çempionluq həsrətinə son qoyan "Neftçi" dramatik qələbəsi artıq müzakirə mövzusu deyil. "Ağ-qaralar"ın ab-havasını unutduğu Çempionlar Liqasında ilk sınağını kimə qarşı keçirəcəyiylə bağlı yaranan narahatlıq da geridə qalıb. Ən nikbin azarkeşin arzuladığı rəqib - Tiflis "Dinamo"su bakılıların yolunda əngəl olmağa çalışacaq. Uzun müddət Azərbaycanda çalışmış Kaxaber Tsxadadzenin çalışdırdığı "Dinamo" ilə ilk oyunun səfərdə keçirilməsi də bütün hallarda, üstünlükdü.

Hə, təmsilçimizin çalışdırıcısı Samir Abasovun bir vaxtlar "İnter"də  rəhbərliyi altında top qovduğu gürcüyə necə məşqçi olduğunu isbatlamaq planı matçı daha maraqlı edəcək. Ancaq klub futbolunda Azərbaycandan geri qaldığı şübhə doğurmayan qonşu ölkənin flaqmanı ilə görüş Abasovsuz və Tsxadadzesiz də prinsipiallığını itirməzdi. Bu elə bir dueldi ki, indiki rəhbərliklə ilk dəfə ÇL-də top qovmaq fürsəti yaxalayan "ağ-qaralar" üçün mümkün uğursuzluq rəzalət sayılar. Yəni "kor püşk"dən gileylənməyə haqqı çatmayan "Neftçi" ilk addımı inamla atmalı, cütün favoriti adını doğrultmalıdı.

Əlbəttə, rəqibə hörmətlə yanaşmaq, ciddiyə almaq mütləqdi. Ancaq bu "Neftçi"nin bu "Dinamo"nu mübarizədən kənarlaşdıra bilməməsi çox dərin problemlərə yol açar. Bəlli həqiqətdi ki, hazırda Gürcüstanda heç bir klubun Azərbaycan Premyer Liqasının son qalibininki qədər pulu yoxdu. Təbii, meydanda dollarlar yox, futbolçular mübarizə aprır. Lakin yaxşı büdcə ilə samballı heyət formalaşdırmaq imkanı da önə çəkilməli məqamdı. Bu gün Tiflis təmsilçisinin heyətində top qovanların əksəriyyəti güclü çempionatlarda çıxış etmək şansı olmayan gürcülər və "Neftçi"nin legioner statusu ilə maaş verməyəcəyi azsaylı legionerlərdi. Deməli, Bakı komandası yalnız bu matça düzgün hazırlaşmayacağı təqdirdə, yerli futbolsevərləri məyus edə bilər.

Tsxadadzenin Azərbayvan futboluna bələd olduğunu isə əldə bayraq etməyə ümumiyyətlə, dəyməz. 2008-ci ildə tarixin yaddaşına qovuşmuş "Standard"ı, 2009-2014 aralığında "İnter"i çalışdırmış mütəxəssis Azərbaycanla vidalaşandan bəri çox şey dəyişib. İndiki "Neftçi" Tsxadadzenin ölkə birinciliyində qarşılaşdığı komandaya bənzəmir. Kaxaber Cumberoviç Abasovun hansı futbol fəlsəfəsinə güvəndiyini, ona qarşı nə edəcəyi barədə müəyyən mənada, videogörüntülərdən informasiya toplaya bilər ki, bu da özlüyündə heç vaxt səhih olmur. Əksinə, Gürcüstan çempionatı davam etdiyindən son turda öz meydanında 67-ci dəqiqədən azlıqda oynayan "Samqurali"yə uduzmuş (1:2) "Dinamo"nun optimal heyətini, əsl gücünü müəyyənləşdirmək Samir bəy üçün problemə çevrilməməlidi...

Bəli, Gürcüstan klubları və ayrıca çempionumuzla qarşılaşacaq Tiflis təmsilçisiylə əvvəlki avrokubok matçları üzərində dayana, araşdırmalar apara bilərik. Fəqət 2019-cu ilin yayında içindən laxlamış "Qəbələ"nin bu komandadan Avropa Liqasının 2-ci təsnifat mərhələsində aldığı iki yenilgini (evdə 0:2, səfərdə 0:3) bir kənara qoymağa borcluyuq. Həmin vaxt maddi sıxıntılar üzündən sarsılmış Qəbələ təmsilçisinin indikindən güclü "Dinamo"ya uduzması tam məntiqəuyğun idi. 2015/2016 mövsümündə "qırmızı-qaralar" tiflislilərin öhdəsindən gəlməsəydi (1:2, 2:0), başqa məsələ...

İstər "Dinamo" olsun, istər "Neftçi"nin 2012/13 mövsümündə ÇL-in ikinci təsmifat mərhələsində yerini göstərdiyi ( evdə 3:0, səfərdə 2:2) "mərhum" "Zestafoni", istərsə də başqa Gürcüstan komandası, fərq etmir, bu ölkənin bütün təmsilçiləri "ev komandası" sayılır. Deməli, bakılılar iyulun 7-də "Boris Payçadze"də keçiriləcək ilk qarşılaşmaya xüsusi önəm verməli, işi öz meydanında bitirmək üçün bacardığını meydanda qoyacağı şübhə doğurmayan rəqibin istədiyini etməsinə imkan verməməlidi. Zatən başqa variant yoxdu. Bu, flaqmanın azarkeşləri önündə mənəvi borcudu! Uğurlar, "Neftçi"!

Nihat
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X