10:28 29.06.2021 1413

Futbolun İnkişafına dair Dövlət Proqramının II hissəsi – Təklif

2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd - dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycan adının layiqincə təmsil etməsi olub. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın tərkib hissələrindən idi. 

Artıq 6 ildir ki, Dövlət Proqramı başa çatıb. 2005-ci ildə bu yola 14 komanda (əksəriyyəti bölgə təmsilçisi) ilə start verən Azərbaycan çempionatı bu gün 8 komandanın (6-sı Bakı təmsilçisi) ümidinə qalıb. Neçə-neçə klub yaranıb, dağılıb. Uşaq futbolunda vəziyyət ürəkaçan deyil.

Keçilən yolu təkrar nəzərdən keçirsək, buraxılan səhvləri araşdırmaq üçün açıq qalan sualların sayı hesabı yoxdur.

Saytımızda dəfələrlə bu mövzuya toxunmuşuq. Zaman o zamandır ki,  mövzu yenidən gündəmə gəlməli, Futbolun İnkişafına dair Dövlət Proqramının II hissəsi üçün təkliflər verilməlidir. Təbii ki, buraxılan səhvlər yenidən nəzərdən keçirilməli, daha samballı, modernləşmiş təkliflərlə dövlətə müraciət olunmalıdır.  

Beləliklə "2005-2015 Futbolun İnkişafına dair Dövlət Proqramı"nın yaranmasından başlayaq və paralel olaraq aidiyyatı qurumların səhvlərini nəzərdən keçirək.

2000-ci illərin əvvəlində FİFA, UEFA-nın iştirakı və nəzarəti, Azərbaycan Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri, AFFA-nın, bütün futbol ictimaiyyətinin iştirakı, tövsiyyələri ilə hazırlanmış AFFA nizamnaməsi konfransda qəbul edilib. Buna uyğun və "2005-2015 Dövlət proqramı"nın qəbulundan sonra ölkə futboluna böyük yatırımlar edilməyə başlandı.

Azərbaycanda futbol bumu yaşandığı vaxtda, AFFA-nın nizamnaməsi  yeni gələn rəhbərlik tərəfindən  növbəti seçki konfransında dəyişdirildi. Niyə?
Bu sualın cavabını AFFA rəhbərliyi ictimaiyyətə hələ də açıqlaya bilmir. 

Səbəb isə göz önündədir - dövlət  proqramı başa çatan kimi futbolun süqutu.
 
Qeyd etdiyimiz kimi 14 komanda (əksəriyyəti bölgə təmsilçisi) ilə start götürən Azərbaycan çempionatı bu gün 8 komandanın (6-sı Bakı təmsilçisi) ümidinə qalıb.

Qayıdaq sualın cavabına...

Nizamnamə niyə dəyişdirildi? Məqsəd nə idi?

1. Bütün gücü dövlət proqramına uyğun futbolun dirçəlişinə sərf etmək əvəzinə, Azərbaycanda futbol idarəçiliyinin vahid əldən idarə olunmasına nail olmaq idi. AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası deməkdir. AFFA-ya üzv olan federasiyaların səlahiyyətlərinin azaldılması üçün yeni regional, sahə federasiyaları yaradıldı və AFFA-nı yaradanlar (!) birbaşa üzvlükdən dolayısı üzvlüyə endirildi. Onların maddi-texniki bazalarını yaxşılaşdırmaq əvəzinə, əlavə maliyyə israfçılığına yol verərək yeni üzv federasiyalara öz adamlarını yerləşdirdilər. Bununla da AFFA özünü bölgələrdən, federasiyalardan uzaq tutdu.

2. AFFA İcraiyyə Komitəsinin futbol idarəçiliyində səlahiyyətlərinin 90 faizinin katibliyə həvalə edilməsi ilə başladı. Bütün bunlar federasiyanın strukturunda öz əksini tapıb. Bu gün AFFA-da maliyyə, milli komandalar, infrastruktur, balansda olan stadion-bazalar, uşaq futbolu, departamentlərin böyük əksəriyyəti birbaşa baş katibə tabedir və qeyd olunanlar qanunlaşdırılıb, bu günə kimi də bir şəxs tərəfindən idarə edilir.

Bu işlərin məntiqi sonluğu olaraq AFFA daxildə bölüşdürüldü. Futbolun bütün sahələri baş katibə, klublar və çempionatın təşkili yeni yaradılmış PFL-ə həvalə edilərək qanunlaşdırıldı.

Beləliklə Azərbaycan futbolunun qərargahında təkhakimiyyətlilik başladı. 

Ardı var...

Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2025
00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də, avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

19:14

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

18:44

DÇ-2026-nın 10 iştirakçısı bəllidir - ADLAR

18:19

Qasperininin yerini Yuriç tutacaq

17:45

"Azərbaycan millisi ilə keçmişdəki oyunlara baxmırıq" - Latviya yığmasının baş məşqçisi

17:16

Belçika millisinin sabiq çalışdırıcısı İtaliya yolunda - SON DURUM

16:39

Bekhem "Cəngavər" olacaq

16:20

Özbəkistan millisinin futbolçularına prezidentdən hədiyyə

15:47

Federasiya rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat aldı

15:17

Yamal son 112 ildə ilk belə futbolçudur

14:50

Messi üçüncü dəfə bu mükafata sahib çıxdı

14:12

Azərbaycan millisi Belarusa yollandı

13:55

"Premyer Liqada oynayan heç bir qapıçıdan zəif deyiləm" - Orxan Sadıqlı ən böyük arzusunu dilə gətirdi

13:19

"Arsenal" braziliyalısı ilə müqavilə yenilədi

12:53

İtaliyalı hakimi qarğışa görə futboldan uzaqlaşdırdılar

12:28

Mbappe Qrizmannın rekordunu qırdı - Tarixdə beləsi olmayıb

11:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:14

DÇ-2026: Ançelottinin Braziliya millisindəki debütü uğurlu olmadı

10:46

Qızıl Avropa Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

10:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:30

Qattuzo Xorvatiya klubundan ayrıldı

09:00

Veyqa Avropaya qayıtdı - RƏSMİ

08:45

Azərbaycanda Qurban bayramı qeyd olunur

00:58

Millətlər Liqası: 9 qol vuruldu, İspaniya finala yüksəldi

05 İyun 2025
23:40

"Liverpul" "Barselona"nın təklifini geri çevirdi

23:05

“Tour d’Azerbaidjan” yarışı bərpa olunur

22:39

Əliyar Ağayev növbəti təyinat alıb

22:24

Özbəkistan millisi dünya çempionatında oynamaq hüququ qazandı

21:51

Amerikalı yarımmüdafiəçi Madrid nəhəngi ilə anlaşdı - SON DURUM

21:20

MY-nin ulduzu karyerasını A Seriyasında davam etdirməyə yaxındır

20:55

"Şamaxı"da növbəti ayrılıq

Facebookdan bizi izləməyi unutmayın.
X