19:30 29.07.2021 1403

“Həqiqətən çox pis idim” - Mahir Emreli

"Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır. Sevinirik ki, artıq 4 il sonra komanda avrokubokların qrup mərhələsini təmin etdi”.
 
Fanat.Az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında Varşava "Legiya”sının hücumçusu, Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib.

O, klubunun Çempionlar Liqasının qrup mərhələsində oynamalı oldğunu bildirib: "Legiya” kimi klub Çempionlar Liqasında çıxış etməlidir. Hamımız bunun üçün çalışırıq və əlimizdən gələni edirik”.

Emreli Polşa çempionatının ilk turunda Plok "Visla”sına qarşı matçda meydanda olmamasına da aydınlıq gətirib: "Qızdırmam var idi və boğazım ağrayırdı. Həqiqətən çox pis idim və "Visla”ya qarşı heç cür oynaya bilməzdim. Hətta "Flora”yla cavab matçından əvvəl də vəziyyətim yaxşı deyildi. Məşqçi ilə müzakirə etdikdən sonra qərara gəldik ki, oynayacam. Belə hallar normaldır. Əsas odur ki, sonda qələbə qazandıq, qalib gəldik. Önəmli olan klubumun uğurudur”.

"Qısa müddətdə varşavalıların sevimlisinə çevrilmisən, bunun səbəbi nədir” sualına Mahir belə cavab verib: "Əslində, heç vaxt bu barədə düşünməmişəm. Mənim düşüncəm həmişə bu olub ki, məşqçimin verdiyi tapşırıqları yerinə yetirim, komandama faydalı olum. Bütün hədəfim birlikdə uğur qazanmaqdır. Müasir futbolda hücumçunun rolu çox böyükdür. Lakin bu, təkcə qol vurmaqla, sevimliyə çevirlməklə olmur. Sən komandana faydalı olmalısan. Əlbəttə, çox qol vurmaq istəyərəm, buna sevinərəm. Fransa dünya çempionu oldu, amma komandanın forvardı Olivye Jiru qol vura bilmədi. Lakin komandası çempion oldu və əgər baxsaq, Jirunun faydalı iş əmsalı çempionluqda çox böyük rol oynayıb. Bu, sevindirici haldı və dediyim kimi, önəmli olan komandamın uğurudur. Hər şeydən öncə faydalı olmaq lazımdır, sevimli olmaq, çox qol vurmaq bunlar sonrakı işlərdir. Ümid edirəm ki, istəyimə nail olacam”.

Yığmamızın hücumçusu azarkeşlərin ona dəstəyindən də söz açıb: "Əlbəttə ki, azarkeşlərin dəstəyi çox önəmlidir. Bu, mənə kömək edir. Klubun da bu istiqamətdə mənə verdiyi dəyər vacibdir. Belə olan halda sən özünü önəmli hiss edirsən, daha çox çalışırsan, çox tər töküb komandanın uğurunda pay sahibi olmaq istəyirsən. Bu, həm də hazırlığa təsir edir. Yaxşı hazırlaşırsan ki, mənim bu komandanı, bu azarkeşləri məyus etməyə haqqım yoxdur. Futbolda qələbə də var, məğlubiyyət də. Bundan heç kim qaça bilməz. Amma oyun bitəndən sonra sən öz-özünə deməlisən və hamı görməlidir ki, sən can qoydun, bacardığını, əlindən gələni etdin. Bütün bunlar nəticələrin yaxşı olmasına da təsir edəcək”.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

Facebookdan bizi izləməyi unutmayın.
X