12:35 09.08.2021 3314

Namiq müəmmasından çıxış yolu - Rəhbərliyin klub adına yaraşan addımı

"Neftçi”nin hücumçusu Namiq Ələsgərovun Türkiyənin birinci liqa təmsilçisi "Bursaspor”a mümkün keçidi gündəm mövzusudur. Bu məqamda klubu qınamaq olmur. Paytaxt təmsilçisi avrokubokda mübarizə aparır, üstəlik, çempionatın startına bir həftə vaxt qalıb.
 
Amma...

Namiq Ələsgərovun Türkiyə klubuna keçidi Azərbaycan futbolu adına faydalı olar. Əlbəttə, hücumçu daha prestijli çempionatlarda çıxış edə biləcək potensiala malikdir. Hələlik belə təklif olmasa da, "Bursaspor” tramplin rolunu oynaya bilər. 
Bizdə əvvəlki adı ilə - "PTT Liqası” kimi tanınan bu liqaya öncəki dönəmlərdə hər yerindən duran, burda özünə klub tapa bilməyən futbolçularımız gedirdi. İndi isə vəziyyət fərqlidir. Azərbaycanlı futbolçuların qardaş ölkənin birinci liqasında legioner statusu yaşaması barədə dəyişiklikdən sonra durum dəyişib. Təbii ki, türklər legioner limitini boşuna doldurmaq istəmir və seçimə diqqəti artırıblar. 

Ümumiyyətlə, Türkiyənin birinci liqasından Avropaya, xüsusilə Almaniya "bazar”ına çıxış imkanı realdır. Bir neçəsinin adını çəkə bilərik. Hazırda "Çaykur Rizəspor”da forma geyinən Doğan Ərdoğan "Samsunspor”da top qovarkən Avstriya klubu LASK-ın menecerlərinin diqqətini çəkə bilmişdi. Nəticədə bu kluba keçib 3 ildən çox oynadı. Birinci liqanın bir başqa təmsilçisi "Gənclərbirliyi”ndən Mərt Çətin "Roma”ya transfer oluna bilib və hələ də İtaliyadadır. Türkiyə millisinin üzvü olan Zəki Çelik "İstanbulspor”dan Fransanın "Lill” klubuna keçməklə karyerasında yüksəliş yaşadı. İngiltərə Premyer Liqa təmsilçisi "Lester”in əvəzedilməz oyunçularından olan Çağlar Söyüncü Türkiyə Superliqasında çıxış etmədən birbaşa birinci liqadan tramplin kimi yararlanmış, "Altınordu”dan "Frayburq”a yollanmış, ordan da İngiltərəyə keçmişdi. Metehan Altunbaş ("Əskişəhərspor”dan LASK-a), Ali Akman ("Bursaspor”dan Frankfurt "Ayntraxt”ına) və sair türk futbolçuların adını çəkməklə siyahını uzatmaq da olar. 

İndiki məqamda "Neftçi” rəhbərliyinin və azarkeşlərin Namiqə təzyiq göstərməsi anlaşılandır, lakin məsələ dalana dirənə bilər. Razılaşmaq lazımdır ki, legioner həyatı yaşamaq istəyən futbolçuya  zorla əngəl olmaq mənasızdır. Əslində klub Ələsgərovu mənəvi, azarkeş təsiri və sair yollarla qalmağa razı sala bilər. Ancaq bu, əks effekt də verə bilər. Uzağa getməyək, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "mənəvi ata”sı olduğu Mahir Emrelini daha bir il klubda saxlaya bilməzdi? Ağdamlıların bu gün ona daha çox ehtiyacı var, Mahirin yeri bəlkə də həmişə görünəcək. Bununla belə, futbolçunun legioner həyatı yaşamağa qərarlı olduğunu görüb buraxdılar. 

Namiqdə də belə istək, əzm müşahidə etmək olar. Əvvəla, son məşqə qatılmaması kluba mesajdır: "getməkdə qərarlıyam”. Digər tərəfdən, "Neftçi” ilə anlaşmasına "xaricdən təklif gələcəyi halda, 50 min avro qarşılığında azad agent agent statusu ala bilər” bəndini saldırması çox şeydən xəbər verir.  Deməli, hücumçu legioner həyatı yaşamağa qərarlıdır və klub sözügedən müqaviləyə imza atarkən bunu bilirdi. Gedəni isə saxlamazlar. 
Baxmayaraq ki, Namiqin potensialını açmasında, menecerlərin "radar"ına düşməsində  "Neftçi" rəhbərliyinin və məşqçi heyətinin dəstəyi və inamı var. 
Ümid edək ki, "Neftçi” öz adına yaraşanı edəcək, futbolçusunun qərarını dəstəkləyəcək və bununla da qazanan Azərbaycan futbolu olacaq. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X