"Çox çətin oyun oldu. Rəqib çox sərt, hətta deyərdim ki, kobud futbol oynadı. Bunun nəticəsi idi ki, start heyətində meydana çıxmış Emin Mehtiyev zədələnərək oyunu yarımçıq tərk etdi. Xoşbəxtlikdən zədəsi ciddi deyil". Fanat.az xəbər verir ki, bu sözləri Ukraynanın "Metallurq" (Zaporojye) klubu ilə oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Hacıyev futbolçuların yorğun olduğunu bildirib: "Futbolçularda yorğunluq da hiss olunurdu ki, bu da təlim-məşq toplanışının başa çatmaq üzrə olması ilə əlaqədardı. Bundan sonra bərpa prosesinə başlayacağıq. Nəticəyə gəlincə, yoxlama oyununda nəticə o qədər də önəmli deyil. Ümid edirəm ki, komanda “Simurq”la oyunadək tam hazır olacaq".
Fanat.az