10:33 15.07.2021 995

“Neftçi”: inamlı qoca, dumanlı perspektiv - REPORTAJ

Gürcüstandakı ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan və növbəti mərhələyə adlamaq yolunda üstünlüyünü artıran flaqmana istəyinə çatmaq üçün heç-heçə də kifayət edəcəkdi. Səfər qolu qaydası ləğv edildiyindən iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınacağı halda, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaq, bu da kifayət etməsə, penaltilərə ehtiyac duyulacaqdı.

"Dinamo” ilə oyun "Neftçi"nin Çempionlar Liqasında yubiley - 20-ci matçı idi. Flaqman bunadək keçirdiyi 19 görüşün 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. 8 qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatmışdı.

Səkkiz illik intizardan sonra çempion olub Çempionlar Liqasında yarışan "Neftçi” ötən həftə Tbilisidə yaxşı start götürmüşdü. Düzdür, "yaxşı” təyinini yalnız nəticə ilə əlaqələndirmək olar. Çünki sərgilənən oyun mənasında gedişat nə mütəxəssisləri, nə azarkeşləri, nə də ümumiyyətlə, futbol ictimaiyyətini razı salmışdı. Səfər oyununda sanki "ayağından daş asılan”, rəqibə boşluqlar verən, müdafiədə tez-tez panikaya düşən komanda görmüşdük...

Cavab görüşü fərqli olmalıydı. Həm meydan amili, həm pis oynamasına rəğmən, ilk görüşdə əldə olunan qələbə, həm də doğma "Bakcell Arena”nın təxminən yarısını dolduran azarkeşlər "Neftçi”nin motivasiya mənbəyi idi. Artıq rəqib də təhlil olunmuş, güclü-zəif cəhətləri müəyyənləşmişdi.

Dəyişiklikdən başlayaq. Samir Abasov ilk oyunla müqayisədə start heyətində bir dəyiyişikliyə ehtiyac duymuşdu. Rəqibin əsasən cinah həmlələrinə üstünlük verdiyini bilən çalışdırıcı "qanadlar”ı düşünmüşdü. Belə ki, ilk dəqiqələrdən Ömər Buludov müdafiənin sağ cinahında, Mert Çelik solda qərarlaşmışdı. Belədə yeni transfer, Azərbaycan publikasının önündə ilk dəfə çıxış edən Harramiz ehtiyatda qalmışdı. "Dinamo”ya gəlincə, maraqlıdır ki, Kaxaber Tsxadadze ilk oyunla müqayisədə start "11-liy”ə toxunmamışdı.

İlk 3 dəqiqədə rəqibin basqısına məruz qalan və meydanın mərkəzini keçə bilməyən "Neftçi" tədricən matça ağırlığını qoydu. Artıq aydın görünürdü ki, hücumda "ağ-qaralar"a çətinlik yarada bilən gürcülərin arxa xətti çox zəifdir. Bununla belə, ilk yarıda "Neftçi"nin çox şansının olmadığını qeyd etməliyik. Yalnız 39-cu dəqiqədə Namiq təkbətəkdən yararlanmağa borclu idi ki, onun zərbəsini rəqib qapıçı zərərsizləşdirdi. İnsafən, fasiləyə qədər rəqib də iki dəfə Aqili həyəcanlandırdı.

"Neftçi" ikinci hissəyə bərbad başladı. Adi hücum qura bilməyən, ötürmələrdə uşaq səhvlərinə yol verən Samir Abasovun komandası çox çəkmədi ki, cəzalandı. 52-ci dəqiqədə rəqibin ardıcıl iki zərbəsi tirdən döndü, ancaq müdafiəçilər heç cür təhlükəni uzaqlaşdıra bilmədi. Nəticədə Milan Radin topu nəhayət, tora sala bildi - 0:1. Yaxşı ki, 7 dəqiqə sonra rəqib qapıçının kobud səhvi penalti ilə nəticələndi. Emin Mahmudov "Dinamo" ilə görüşlərdə 3-cü dəfə" 11 metrə" nöqtəsinə yaxınlaşıb dəqiq zərbə ilə hesabı bərabərləşdirdi. 69-cu dəqiqədə isə Namiq fərdi ustalığı sayəsində komandasını hesabda önə keçirən qola imza atdı. Kaxaber Tsxadadzenin komandası 80-ci dəqiqədə daha bir dəfə fərqlənsə də, hakim ofsayd işarəsi ilə qolu qeydə almadı. Beləliklə, "Neftçi” görüşdən minimal hesabla qalib ayrıldı.

Hər iki oyun oxşar ssenari ilə baş tutdu. Hesab eyni, oyun eyni, hətta Tbilisidə də Bakıda da qollardan birini penalti ilə vurduq. "Neftçi”ni həm mərhələ adlaması münasibətilə, həm də ölkənin reytinqinə xallar (iki oyuna 0.500 əmsal) qazandırması münasibətilə təbrik edirik. Ancaq perspektiv dumanlı görünür. Hər halda, "Olimpiakos” "Dinamo” deyil. Ümid edək ki, Samir Abasov qarşıdakı bir həftə ərzində ipləri əlinə ala biləcək.

Mirağa

 



Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X