Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.az xəbər verir ki, bu gün yarışların ikinci mərhələsinə start verilib.
Şəhriyar Məmmədyarov Braziliya şahmatçısı Qriqor Mxitaryanla, Vasif Durarbəyli rusiyalı Aleksandr Predke ilə heç-heçə edib. Nicat Abbasov isə Ermənistan təmsilçisi Şant Sarkisyanla xalı yarı bölüb.
Qadınların turnirinə gəldikdə, ən yüksək reytinqli xanım şahmatçımız Günay Məmmədzadə ilk partiyada sloveniyalı Laura Unukun müqavimətini qıra bilməyib. Gülnar Məmmədova isə gürcüstanlı Lela Cavaxişvili ilə bərabərliyə razılaşıb.
Kişilər
Şəhriyar Məmmədyarov - Qriqor Mxitaryan 0,5:0,5
Şant Sarkisyan - Nicat Abbasov 0,5:0,5
Aleksandr Predke - Vasif Durarbəyli 0,5:0,5
Qadınlar
Günay Məmmədzadə - Laura Unuk 0,5:0,5
Gülnar Məmmədova - Lela Cavaxişvili 0,5:0,5
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Qadın təmsilçilərimizdən Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva ilk mərhələdə məğlub olaraq mübarizəni dayandırıb.
Sahib Əsədbəyli