Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi ("Chessable Masters") davam edir.
Fanat.Az xəbər verir ki, onlayn yarışda bu gün daha 5 turun görüşləri ilə pley-off mərhələsinə yüksələn "səkkizlik" müəyyənləşəcək.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Yorden Van Forest (Niderland), Alireza Firuzca (Fransa), Uesli So (ABŞ), Levon Aronyan (Ermənistan) və Aryan Tari (Norveç) ilə üz-üzə gələcək.
Məmmədyarov 10 turdan sonra 6,5 xalla turnir cədvəlində 6-cı yerdədir. Sıralamaya 7,5 xalla Uesli So (ABŞ) başçılıq edir.
Qeyd edək ki, avqustun 8-də başa çatacaq yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib 30 min dollar qazanacaq.
"Chessable Masters"
Üçüncü gün
11-ci tur
Yorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov
12-ci tur
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (Fransa)
13-cü tur
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov
14-cü tur
Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)
15-ci tur
Taryan Ari (Norveç) Şəhriyar Məmmədyarov
Sahib Əsədbəyli