ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının rapid və blitz üzrə dördüncü mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, 10 qrossmeysterin iştirak etdiyi turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.
36 yaşlı şahmatçımız rapid bölümündə ilk üç görüşünü keçirib.
Birinci turda Hikaru Nakamura (ABŞ) ilə heç-heçə edən Məmmədyarov, ardınca rusiyalı Pyotr Svidlerlə qarşılaşmadan qalib ayrılıb. Üçüncü turda isə təmsilçimiz vyetnanlı Le Quanq Lemə uduzub.
Bu nəticələrdən sonra Şəhriyar 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bu gün daha 3 tur oynanılacaq.
Qeyd edək ki, turnirə avqustun 16-da yekun vurulacaq. Mükafat fondu 150 min ABŞ dollarıdır.
Sahib Əsədbəyli