Bugünlərdə "Neftçi"yə koordinator təyin olunan Elşad Əhmədov akademiyada görüş keçirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, məşqçiləri bir-bir çağırıb fərdi söhbət edib.
Məşqçilərə deyilib ki, iyulun 26-da akademiyanın komandalarında rəsmi təyinatlar olmalıdır. İndidən bir çox dəyişikliklərin olacağı gözlənilir. Elgiz Kərimli yığma komandada işlədiyi üçün yerinə təyinat olacaq. Bundan başqa, akademiya rəhbərliyi Elman Sultanovun intizamsız olmasından narazıdır və onu komandadan uzaqlaşdırmağı planlaşdırır.
Qapıçılar üzrə məşqçi Cavid Səfərovu da eyni aqibət gözləyir. Mayda valideynlərdən biri ilə əlbəyaxa olduğu üçün onunla da yollar ayrılacaq. Qapıçılar üzrə digər məşqçi Elxan Abdiyev "Zirə-2" komandasından cəlbedici təklif gəldiyi üçün komanda tərk edəcək.
Qeyd edək ki, 2017-ci ildə "Neftçi”nin əsas komandasını çalışdırmış Elşad Əhmədov onadək əvəzedici, U-19 və U-17 komandalarının da baş məşqçisi olub. 51 yaşlı mütəxəssis bundan əvvəl "Sabah” klubunda çalışıb.
Mirağa