01:01 22.07.2021 1324

Çempionlar Liqası: "Neftçi" Yunanıstandan məğlub qayıtdı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununda "Neftçi" Yunanıstan "Olimpiakos"u ilə qarşılaşıb. 
 
Fanat.Az xəbər verir ki, görüş Pirey şəhərinin "Georgios Karaiskakis" stadionunda keçirilib.
 
Qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edib. Bu matç Yunanıstan hökumətinin qərarına əsasən, 1,5 ildən sonra azarkeşlərin iştirakı ilə keçirilən ilk görüş olub. 
 
Yarım saatın tamamında meydan sahibləri hesabı açıb. Qol müəllifi ilk yarının sonlarında "qırmızı" alsa da, "Neftçi" vəziyyətdən yararlana bilməyib. Azlıqda mübarizə aparan yunanları cəzalandırmağı bacarmayan "ağ-qaralar" ikinci hissənin ortalarında Mert Çeliksiz oynamaq məcburiyyətində qalıb. Hakim rəqibini karate fəndi ilə qarşılayan müdafiəçini meydandan qovub. Oyunçu sayı bərabərləşəndən sonra üstünlüyü ələ keçirən "Olimpiakos" qələbə hesabını qoruyub. 
 
Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.
 
Qeyd edək ki, cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun

21 iyul

23.00 Olimpiakos (Yunanıstan) - Neftçi (Azərbaycan) 1:0 
Qol: Madi Kamara, 30
Qırmızı vərəqələr: Madi Kamara, 43 (Olimpiakos), Mert Çelik, 63 (Neftçi)
Hakimlər: Joao Pinyeyru, Tyaqu Koşta, Pedru Ribeyru, Qustavo Fernandes Korreya (Portuqaliya). 
Pirey, "Georgios Karaiskakis" stadionu.

Olimpiakos: 88. Tzolaks, 14. Androutsos, 3. Semedo, 25. Markoviç, 45 Rebkluk, 5. Buçalakis (k), 4. Kamara, 18, Malonq, 97. Randeloviç, 9. Həsən, 19. Masoras
Ehtiyat oyunçular: 1. Vaçlik, 31. Kristinsson, 44. Kararqiris, 12. Bax, 17. Vrusai, 20. Kumik, 22. A.Kamara, 27. Lala, 28. Valbuena, 66. Çisse, 90. Surlis
Neftçi: 30. Məmmədov, 24. Laval, 6. Stankoviç, 3. Mbodj, 20. Çelik, 29. Buqrin, 36. Kane, 8. Mahmudov (k), 11. Harramiz, 7. Ələskərov, 10. Meza Kolli
Ehtiyat oyunçular: 12. İbrahimov, 94. Müştəbazadə, 4. Basto, 19. Muradbəyli, 21. Zülfüqarlı, 22. Abbasov, 26. Buludov, 37. Əsgərov, 70. Əlizadə, 72. Zamanov, 97. Nəcəfov

Xatırladaq ki, Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayan "Neftçi" Gürcüstanın "Dinamo Tbilisi" komandası ilə qarşılaşıb və hər iki oyunda 2:1 hesabı ilə qalib gəlib. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X