PSJ hücumçusu Kilian Mbappenin (Kylian Mbappe) klubdan ayrılmasını istəmir.
Fanat.Az xəbər verir ki, Fransa təmsilçisi 22 yaşlı futbolçu ilə müqaviləni 2026-cı ilə qədər uzatmağı planlaşdırır.
Məlumatı tanınmış idman jurnalisti Nikolo Skira "Twitter" səhifəsi üzərindən yayıb.
Fransız forvard klubun təklifini qəbul etsə, komanda yoldaşı Neymardan belə daha çox - 32 milyon avro qazanc əldə edəcək. Hələ ki, PSJ Mbappeni qalmağa razı sala bilmir. Çünki futbolçu "Real Madrid"ə keçiddə maraqlıdır.
Qeyd edək ki, bir müddət öncə Mbappenin PSJ-nin Çempionlar Liqasını qazanmasına inanmadığı üçün klubla müqaviləni yeniləməyəcəyi bildirilmişdi.
Xatırladaq ki, fransız hücumçu 2017-ci ildən PSJ-də çıxış edir. Onun klubu ilə müqaviləsi 2022-ci ildə başa çatır. Kilian Mbappen (Kylian Mbappe) son mövsüm Fransa I Liqasında 31 oyuna çıxıb və 27 qol vurub. Futbolçunun hazırkı müqaviləsi
Emin Şəmsiyev