"Liverpul"un canlı əfsanəsi, hazırda Şotlandiya "Reyncers"inin baş məşqçisi olan Stiven Cerrard heç vaxt "Everton"u çalışdırmayacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ESPN Cerrardın söylədiklərini belə çatdırıb:
"Adımın "Everton"la yanaşı çəkilməsindən şoka düşdüm. Mətbuatda belə söz-söhbətlərin necə yayıldığını başa düşmürəm. O komandanı heç vaxt çalışdıra bilmərəm. Rafael Benitesin təklifi müsbət qarşılamasına təəccüblənmədim. Benites Liverpul şəhərində doğulmayıb və futbolçu kimi yalnız "Liverpul"un şərəfini qorumayıb".
Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə formasını geyindiyi "Liverpul"un yetirməsidir. Sabiq yarımmüdafiəçi 2015/2016 mövsümündə ABŞ-ın "Los Anceles Qelaksi" klubunda çıxış edəndən sonra futbolçu karyerasını bitirməyə qərar verib.
Nihat