Tokio 2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında bu gün Azərbaycanın daha bir təmsilçisi mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində Zelim Kotsoyev ilk görüşünü 1/16 final çərçivəsində fransalı Aleksandr İddirə qarşı keçirib.
Üçqat Avropa mükafatçımız əsas vaxtda "vaza-arı" xalı ilə rəqibindən üstün olub.
Lakin 22 yaşlı cüdoçumuz uğurun ardını gətirə bilməyib. 1/8 finalda kanadalı Şadi Elnahasa "ippon"la uduzan Zelim, Olimpiya Oyunları ilə vidalaşıb.
Qeyd edək ki, bununla da Azərbaycanın Tokio 2020-də çıxışını medalsız başa vuran cüdoçularının sayı 7-yə çatıb. Sabah son iki cüdoçumuz - Uşanqi Kokauri(+100 kq) və qadın təmsilçimiz İrina Kindzerska(+78) mübarizə aparacaq.