"Neftçi" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Yunanıstan "Olimpiakos"una 0:1 hesabı ilə uduzaraq Avropa Liqasına düşüb.
Fanat.Az xəbər verir ki, oyundan sonra paytaxt klubunun kapitanı Emin Mahmudov "Facebook" səhifəsi üzərindən hisslərini bölüşüb.
"Dəstəyinizə göre təşəkkür edirem. Əfsuslar olsun ki, sizi sevindirə bilmədik", - deyə 29 yaşlı yarımmüdafiəçi yazıb.
Qeyd edək ki, "Neftçi" Afinadakı ilk matçda da rəqibinə 0:1 hesabı ilə uduzub. Ölkə çempionu Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək. Bakıdakı qarşılaşma avqustun 3-də olacaq, cavab görüşü isə avqustun 12-də keçiriləcək.