Bu axşam UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Təmsilçilərimizin oyununu stadiondan izləmək imkanı olmayanlar bu həyəcanı ekran qarşısında yaşaya bilər.
Fanat.Az xəbər verir ki, 3 oyunu 3 fərqli kanaldan izləmək mümkün olacaq.
Belə ki, "Keşlə" - "Soçi" oyunu "İdman TV", "Sumqayıt” – "Çukariçki” oyunu "İctimai TV", "Aşdod” - "Qarabağ” qarşılaşması isə "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu komandaların ilk oyunları da müvafiq kanallarda yayımlanmışdı.