Premyer Liqa klubu "Səbail" növbəti transferini gerçəkləşdirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi litvalı yarımmüdafiəçi Şımkus Domantası sıralarına qatıb.
Ölkəsinin əsas yığmasında da çıxış edən 25 yaşlı oyunçu ilə müqavilə bir ili əhatə edəcək.
Qeyd edək ki, Danimarkada "Olborq", Litvada "Atlantas" və "Jalgiris" komandalarının formasını geyinən futbolçunun son klubu İsrailin "Hapoel" (Kfar-Sava) kollektivi olub. O, milli komandada 5 oyun keçirib.