UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda təmsilçimiz "Qarabağ" ilk yarının gedişatında məcburi əvəzetmə edib. Belə ki, Rahil Məmmədov oyunun 23-cü dəqiqəsində zədələnib.
Fanat.Az xəbər verir ki, oyunu davam etdirə bilməyən müdafiəçini İsmayıl İbrahimli əvəz edib.
Qeyd edək ki, hazırda qarşılaşmanın ikinci hissəsi oynanılır və hesab "Qarabağ"ın xeyrinədir - 1:0. Yeganə qolu 6-cı dəqiqədə Filip Ozobiç vurub. Bakıdakı ilk görüş isə qolsuz heç-heçə ilə bitib.