Azərbaycan boksçusu Alfonso Dominqes Tokio 2020-də növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, 1/8 final mərhələsində özbəkistanlı Dilşod Ruzmetovu üstələyən 26 yaşlı Kuba əsilli təmsilçimiz, 1/4 finalda türkiyəli Bayram Malkanı məğlub edərək (5:0) adını yarımfinala yazdırıb.
Finala vəsiqə uğrunda Olimpiya və dünya çempionu Arlen Lopeslə (Kuba) üz-üzə gələcək Dominqes, bu qarşılaşmanın nəticəsindən asılı olmayaraq Yay Olimpiya Oyunlarının bürünc medalını təmin edib.
Yarımfinal döyüşü avqustun 1-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan bu gün Tokio 2020-də ilk medalını rəsmiləşdirib. Cüdoçumuz İrina Kindzerska (+78 kq) yarışları bürünc mükafatla başa vurub.
Sahib Əsədbəyli