UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – HİK oyunundan əvvəl baş tutacaq ənənəvi mətbuat konfransının vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, avqustun 2-si saat 18:00-dan etibarən "Bakcell Arena”da baş məşqçi Samir Abasov və kapitan Emin Mahmudov media nümayəndələrinin suallarını cavablandıracaq. Konfransdan sonra, saat 19:00-da isə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Həmin gün saat 20:30-da isə "Bakcell Arena”da rəqib komandanın mətbuat konfransı, 21:00-da isə açıq məşqi olacaq. Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 2-si saat 12:00-dan etibarən "Bakcell Arena”da "Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur. Hər iki komandanın mətbuat konfransı və açıq məşqinin "Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, "Neftçi” – HİK oyunu avqustun 3-ü saat 21:00-da "Bakcell Arena” stadionunda keçiriləcək.
Mirağa