Tokio 2020-də üzgüçülük üzrə 4x100 metr məsafəyə qarışıq estafet yarışında dünya rekordu qeydə alınıb.
Fanat.Az xəbər verir ki, təsnifatda 3 dəqiqə 38,75 saniyə ilə Olimpiya rekordu müəyyənləşdirən Böyük Britaniya təmsilçiləri, bu gün baş tutan final mərhələsində 3:37,58 nəticə ilə dünya rekordunu yeniləyib.
Adam Piti, Ceyms Qay, Anna Hopkin və Ketlin Dousondan ibarət "dördlük", Britaniyaya 32-ci Yay Olimpiya Oyunlarında üzgüçülük yarışlarının dördüncü qızıl medalını qazandırıb.
Qeyd edək ki, "Dumanlı Albion" təmsilçilərinin bu növ üzrə bir Olimpiya Oyunlarında ən yaxşı nəticəsi 4 baş mükafadır. Onlar yalnız 113 il əvvəl Londonda keçirilən Olimpiadada belə nailiyyət əldə etmişdilər.
Sahib Əsədbəyli