PSJ-nin hücumçusu Mauro İkardi bu yay Paris təmsilçisini tərk etməyəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, "Instagram" hesabında belə yazıb:
"Nəinki bu, gələn mövsüm də PSJ-də qalıram. Bu komandada oynamaqla bağlı heç vaxt tərəddüd etməmişəm. İrəli, PSJ!"
28 yaşlı agentinalı Paris klubuna 2019-cu ilin yayında sonradan satılmaq şərtiylə icarəyə verilib. Sonradan Mauronun transfer hüquqlarına yiyələnən Fransa klubu onunla müddəti 2024-cü ilin yayında bitəcək müqavilə bağlayıb.
Nihat