Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio 2020-də növbəti çıxışını edib.
Fanat.az xəbər verir ki, iyulun 24-də hava tapançasından 10 metr məsafəyə atəşaçmada 20-ci yeri tutan 32 yaşlı təmsilçimiz bu dəfə hədəfi 25 metrdən sürətli atışlarla dəqiq nişan almağa çalışıb.
281 xal toplayan Lunyov ilk təsnifatı 27 iştirakçı arasında 24-cü sırada bitirib.
Sabah baş tutacaq növbəti təsnifat atışlarından sonra finalçıların adına aydınlıq gələcək. İlk "altılığ"ın yüksələcəyi həlledici mərhələ də avqustun 2-də keçiriləcək.
Sahib Əsədbəyli