Yunan-Roma güləşçimiz İslam Abbasovun(87 kq) Tokio 2020-də ilk rəqibi məlum olub.
Fanat.Az xəbər verir ki, Minsk 2019 II Avropa Oyunlarının gümüş mükafatçısı 1/8 finalda kubalı Daniel Heçavarria ilə üz-üzə gələcək.
25 yaşlı Abbasov bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə münasibətlərinə aydınlıq gətirəcək.
İdmançımız sabah xalça üzərinə çıxacaq.
Sahib