Tokio 2020-də keçirilən futbol turnirinin yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk görüşdə Braziliya və Meksika yığmaları üz-üzə gəlib.
Əsas vaxtı 0:0 hesabı ilə bitən matçda qalib penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq olan Braziliya millisi (4:1) finala vəsiqə əldə edib.
Yarımfinalın digər görüşündə Yaponiya və İspaniya milliləri üz-üzə gəlib. Oyunun əsas vaxtı 0:0 hesabı ilə bitib. Matç əlavə vaxtlara qədər uzanıb və 115-ci dəqiqədə Marko Asensio hesabı açıb.
Görüş 0:1 hesabı ilə İspaniya millisinin xeyrinə başa çatıb.
Beləliklə finalda İspaniya və Braziliya milliləri qarşılaşacaq.
Qeyd edək ki, final oyunu avqustun 7-si baş tutacaq.
Emin Şəmsiyev