00:39 04.08.2021 1028

HİK-in baş məşqçisi: "Cavab matçında sürpriz ola bilər"

Oyun gözlədiyimiz kimi keçdi. "Neftçi" yaxşı komandadır. Yusuf Laval bu gün bizə problem yaratdı. 3 gün əvvəl oyunumuz olduğu üçün hazırlıqla bağlı problemimiz var. Bununla belə, baxımlı görüş oldu".

Bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela Bakıda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssi bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq: "Neftçi" bizə qarşı "Olimpiakos" və "Dinamo"ya qarşı oynadığı kimi çıxış etdi. Düşünürəm ki, cavab görüşündə sürpriz ola bilər".

Onun sözlərinə görə, ilk qarşılaşmada qol buraxmaq istəmirdilər: "İlk 25-30 dəqiqədə topla yaxşı rəftar edirdik. Bundan sonra hər iki komandada yorğunluq başladı. Sevindirici haldır ki, iki qol vurduq. İlk hissədə daha yaxşı oynadıq".

Koskela Finlandiya çempionatının davam etməsini özləri üçün üstünlük saymadığını deyib: "Bu, ziyanımıza da işləyə bilər. "Neftçi" hazırlıq dönəmi keçsə də, bizdə bu fürsət olmadı. Çempionatda çıxış edib, 3 gündən sonra avrokubok görüşünə çıxmaq üstünlük ola bilməz".

Baş məşqçi Bakıya yaxşı nəticə üçün gəldiklərini vurğulayıb: "2:2 hesablı heç-heçə yaxşı nəticədir. Evdə süni meydançada oynayacağıq. Bu, bizim üçün üstünlük ola bilər. Nəticəyə görə məyus deyiləm".

Koskela bildirib ki, sərgilənən oyun və buraxılan qollar matçın ümiumi mənzərəsi idi: "Onları fərqləndirməzdim. Bizim üçün əsas problem istilik idi. Hazırda Finlandiyada havanın temperaturu müsbət 16 dərəcədir. Orada oynamaq daha asan olacaq".(report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X